Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ağ Ev: Türkiyədə prezident seçiləcək “istənilən qaliblə” işləməyə hazırıq

ABŞ Türkiyə prezident seçkilərinin istənilən qalibi ilə işləməyə hazırdır.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.

“İlk növbədə türk xalqını sülh yolu ilə iradə ifadəsi münasibətilə təbrik edirik. Prezident Cozef Bayden kim olursa olsun, qaliblə işləməyi səbirsizliklə gözləyir”, - Ağ evin nümayəndəsi bildirib.

"Hökumətinin necə olacağına Türkiyə xalqı qərar verəcək... Gəlin görək hadisələr necə inkişaf edəcək”, - Kirbi əlavə edib.