AFFA Ermənistandan UEFA-ya şikayət etdi
24 Yanvar 2022
AFFA Ermənistan Futbol Federasiyasının UEFA-dan gələn həmrəylik ödənişlərindən separatçıların klubu olan "Lernain Artsax"a vəsait ayırması ilə bağlı qitə futbol qurumuna müraciət edib.
Bu barədə milli assosiasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.
Onun sözlərinə görə, həmin pulu separatçılara UEFA vermir: "Qurum vəsaiti Ermənistan Futbol Federasiyasına ayırıb. Məbləği isə klublar arasında İcraiyyə Komitəsi bölüşdürüb. Biz də UEFA-ya bildirmişik ki, sizin ayırdığınız vəsait bu istiqamətə yönləndirilib".
Qeyd edək ki, Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi UEFA-dan ayrılmış həmrəylik ödənişlərini yerli klublar arasında qeyri-bərabər bölüb. Vəsaitdən Premyer Liqanın 8, I Liqanın 3 klubuna ödəniş ediləcək. Ən çox pul "Urartu"ya çatıb - 82 000 avro. "Pünik" 78 000 avro, "Van" 52 000 avro qazanacaq. "Ararat Armeniya", "Alaşkert", "Ararat", "Noa" hərəyə 46 642 avro irəli düşəcək. "Noravank" və "Şirak" hərəyə 37 000 avro, "Qandzasar" 20 000 avro, "Lernain Artsax" 15 003 avro əldə edəcək.
Vəsait klubların hesabına martda köçürüləcək. Hazırda bu klublardan ilk 8-i Premyer Liqada, son 3-ü I Liqada çıxış edir. (Report)