AFAD açıqladı - Zəlzələnin gücü 500 atom bombası təsirində olub
11 Fevral 2023
AFAD Türkiyədə baş vermiş zəlzələnin gücünü hesablayıb.
Pressklub.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Zəlzələ Riski və Zəlzələlərin Azaldılması Agentliyinin Baş Direktoru Orhan Tatar məlumat verib.
Onun sözlərinə görə, Kahramanmaraş mərkəzli zəlzələnin gücü 500 atom bombasına bərabər olub və zəlzələnin təsiri ilə ərazi 2 dəqiqə silkələnməyə məruz qalıb.
“Gözlədiyimizdən çox daha böyük bir fəlakətlə üz-üzəyik. İlk zəlzələnin təsirli olma müddəti 65 saniyədir. İkinci zəlzələnin dağıdıcı təsiri isə 45 saniyə olub. İndiyədək 2000-dən çox yeraltı təkan baş verib və baş verməkdə davam edir. Təkanların əksəriyyəti 4 baldan yuxarıdır”, - qurum rəsmisi vurğulayıb.