Logo
news content
User
Kateqoriyalar

Xəbər

Adambaşına düşən ÜDM: Azərbaycan dünyada 93-cü olub

2022-ci ildə Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə (6 842 ABŞ dolları) dünyada 93-cü yerdə qərarlaşıb.

Bu barədə "RankingRoyals" agentliyi məlumat yayıb.

Qurumun tərtib etdiyi siyahıda 181 ölkə yer alıb. 1-ci yeri 127 673 ABŞ dolları ilə Lüksemburq, 181-ci yeri isə 293 ABŞ dolları ilə Burundi tutub.

Azərbaycanın qonşuları - İran 23 034 ABŞ dolları ilə 48-ci, Rusiya 14 665 ABŞ dolları ilə 66-cı, Türkiyə 9 961 ABŞ dolları ilə 82-ci, Gürcüstan 6 770 ABŞ dolları ilə 96-cı, Ermənistan isə 5 972 ABŞ dolları ilə 104-cü yerdə qərarlaşıb.