Logo
news content
User
Kateqoriyalar

Xəbər

Abşeronda külək elektrik stansiyası tikilir

Azərbaycanın alternativ enerjidən istifadə imkanlarını artırmaq yönündə səyləri davam edir.


Pressklub.az-ın məlumatına görə, Bakının Qaradağ rayonunda ilk günəş elektrik stansiyası qurulduqdan sonra indi də Abşeron yarımadasında külək elektrik stansiyasının tikilməsi planlaşdırılır. Yarımadanın iqlim şəraiti bunun üçün olduqca əlverişlidir.


Bu günlərdə Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteo Patrone Trend-ə açıqlamasında da demişdi ki, AYİB sözügedən külək elektrik stansiyasının tikintisini maliyyələşdirməyi planlaşdırır.