Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ xaricdən avtomobil idxalına 25 % rüsum tətbiq edir

ABŞ administrasiyası ölkə xaricində istehsal olunan bütün avtomobillərə 25 % idxal rüsumu tətbiq edəcək.

“Reuters” xəbər verir ki, bu barədə Prezident Donald Tramp Ağ evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Biz faktiki olaraq 25 % həcmində tarif tətbiq edəcəyik. Lakin əgər siz avtomobilləri Amerika Birləşmiş Ştatlarında yığırsınızsa, o zaman tariflər olmayacaq”, – o söyləyib.

Trampın sözlərinə görə, rüsumlar aprelin 2-dən qüvvəyə minəcək.