ABŞ və NATO: Ukraynaya dəstək davam etməlidir
16 İyun 2023
“Logistik dəstək Ukraynadakı döyüşlərin nəticəsini müəyyən edə bilər”.
Bunu Pentaqonun rəhbəri Lloyd Austin Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Düşünürəm ki, sonda üstünlük logistika baxımından daha yaxşı olan tərəfə keçəcək”-deyə, o bildirib.
O əlavə edib ki, Pentaqon Ukrayna qoşunlarını təsirli silahlarla təmin edəcək: “Döyüşlər dəyişkən və gözlənilməzdir, lakin ABŞ nə qədər lazımdırsa, Ukraynanı dəstəkləməyə hazırdır”.
NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı əks-hücumunda irəliləyiş əldə etdiyini və Ukraynaya hərbi dəstəyin davam etdirilməli olduğunu bildirib.
Baş katib bu haqda Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində keçirilən NATO-Ukrayna Komissiyası iclasının açılışında danışıb.
Bugünkü görüşdə Ukraynaya daha çox dəstək verilməsini müzakirə edəcəklərini bildirən Stoltenberq, uzun illəri əhatə edəcək bir fond yaratmaq, Sovet dövründən qalma hərbi materiallardan NATO standartlarına keçidi təmin etmək istədiklərini vurğulayıb.