ABŞ və Çinin müdafiə nazirləri nədən danışıblar?
22 Aprel 2022
ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu vəzifəyə təyin olunandan bəri ilk dəfə Çinin müdafiə naziri Vey Fenxe ilə telefon əlaqəsi saxlayıb.
“Associated Press” agentliyi xəbər verir ki, bir ildən çoxdur müdafiə naziri olan Lloyd Ostin əslində müzakirəni Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, ölkə ordusuna nəzarəti həyata keçirən Kommunist Partiyası Mərkəzi Komitəsi Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Syuy Silyanla aparmaq istəyib. Çünki Syuy Silyan Siyasi Büronun üzvü kimi orduya nəzarət işində Vey Fenxedən daha səlahiyyətli və daha nüfuzlu şəxsdir.
Lakin Çin tərəfi prtokol qaydasına əməl olunmasını vacib saydığından buna imkan verməyib. Ona görə bir neçə aylıq cəhdlərindən sonra Lloyd Ostin Vey Fenxe ilə danışmaq məcburiyyətində qalıb.
ABŞ tərəfinin rəsmi məlumatına görə, nazirlər iki ölkə arasında müdafiə sahəsində mövcud əlaqələri, regional təhlükəsizlik məsələlərini və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.
Pentaqonun məlumatında müzakirənin Rusiya-Ukrayna müharibəsinə aid hissəsinin təfərrüatı açıqlanmayıb.
Bildirilib ki, Lloyd Ostin telefon söhbəti zamanı Amerika ilə Çin arasında strateji rəqabətin, o cümlədən nüvə sahəsində, kosmik və kibernetik sahələrdə rəqabətin idarə olunmasına, dünya gücləri arasındakı münasibətlərdə yaranmış böhranın aradan qaldırılmasına çağırış edib.
Lloyd Ostin Amerikanın demokratiya adası saydığı Tayvana qarşı Pekinin törətdiyi hərbi təxribatlardan, eyni zamanda Çinin ölkənin cənub və şimal sularındakı hərbi fəaliyyətindən və Şimali Koreyanın nüvə proqramından narahatlığını da diqqətə çatdırıb.
Çin tərəfinin rəsmi məlumatına görə, telefon söhbəti zamanı Vey Fenxe Pekinin Tayvan problemi ilə bağlı qəti mövqeyini bəyan edib, Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu vurğulayıb, eyni zamanda dəniz və hava təhlükəsizliyi məsələlərindən danışıb.
Çinin rəsmi açıqlamasına əsasən, Vey Fenxe Lloyd Ostindən Amerikanın dəniz sularında hərbi təxribat törətməyi dayandırmasını, Ukrayna məsələsindən Çinə təzyiq vasitəsi kimi istifadə etməyə son qoymasını, Çinin qətiyyətini və imkanlarını düzgün qiymətləndirib nəzərə almasını da tələb edib.
“Associated Press” Lloyd Ostinin təşəbbüsü ilə baş tutan telefon söhbətinin 45 dəqiqə çəkdiyini, bu müzakirənin martın 18-də ABŞ prezidenti Cozef Baydenin Çin Xalq Respublikasının sədri Si Cinplə video formatında apardığı danışıqların bir növ davamı olduğunu xəbər verir.
Cozef Baydenin Si Cinpinlə müzakirəsi birbaşa Ukrayna məsələsi ilə bağlı olub. Həmin video zəngində Bayden Cinpinə açıq və sərt formada xəbərdarlıq edib ki, Çin Rusiyaya Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmaqda yardım göstərsə, bunun acı nəticələri ilə üzləşəcək.
Ona görə “Associated Press” ehtimal edir ki, rəsmi məlumatlarda əksini tapmasa da, ABŞ və Çinin müdafiə nazirlərinin telefon söhbətində Rusiyaya sanksiyalardan yayınmaqda yardım göstərilməməsi məsələsi mühüm yer tutub. (Novator)