Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələri təlimlər keçirib

Koreya Respublikası və ABŞ hərbçiləri B-1B strateji bombardmançısının iştirak etdiyi aviasiya təlimi keçirib.

Bu barədə “Yonhap” agentliyi Koreya Respublikasının Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Manevrlərdə Cənubi Koreya tərəfdən F-35A və F-15K qırıcıları, ABŞ tərəfdən isə F-16 təyyarələri də iştirak edib.

Qeyd edək ki, KXDR ordusu fevralın 18-də “Hvason-15” qitələrarası ballistik raketi buraxıb. O, 989 km uçaraq 5 768,5 km yüksəkliyə çatıb və Yapon dənizində saxta hədəfi uğurla vurub.

Yaponiya hakimiyyət orqanlarının məlumatına görə, raket Hokkaydo adasından 200 km qərbə düşüb.