
ABŞ Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatları mübadiləsini bərpa edib
27 Mart 2025
ABŞ Ukraynaya hərbi yardımın göndərilməsini bərpa edib. Bundan əlavə, tərəflər yenidən kəşfiyyat məlumatlarını mübadilə etməyə başlayıblar.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa lideri Emmanuel Makronla birgə mətbuat konfransında bildirib, yayım Yelisey sarayının sosial şəbəkə səhifəsində aparılıb.
“Bütün məsələlər blokdan çıxarılıb, biz mühüm addımlar atmışıq. Prezident Tramp məhdudiyyəti ortadan qaldırıb”, – o bildirib.
Ukrayna Prezidenti vurğulayıb ki, həm hərbi yardım, həm də kəşfiyyat məlumatları Kiyev üçün zəruridir.