Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynanın qələbəsinə əmindir

Cümə axşamı Vaşinqton Rusiya qoşunlarının və Vaqner qrupundan muzdluların Ukraynanın şərqində, ağır döyüşlərin getdiyi Baxmut yaxınlığında 10 min nəfər əhalisi olan Soledarı ələ keçirməsi barədə iddiaları təkzib edib.

“Hesab edirik ki, intensiv döyüşlər davam edir. Biz döyüşlərin davam edəcəyini gözləyirik”, - Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinqdə deyib. "Ruslar böyük itkilərə baxmayaraq, uğurlar barədə bildirirlər", - o qeyd edib.

Vaşinqton hər iki tərəfin uğurlar və itkilər barədə məlumat verəcəyini gözləyir. "Ancaq şəxsi heyətdə və texnikada böyük itkilərin hesabına Rusiyanın istənilən taktiki uğuru heç vaxt müharibənin gedişini dəyişdirə bilməyəcək”, - Prays deyib.

“Heç bir taktiki hücum prezident Putinin və onun qoşunlarının bu müharibənin ilk günlərindən üzləşdiyi və Ukraynanın effektiv əks-hücumu ilə daha da ağırlaşan strateji uğursuzluğu aradan qaldıra bilməz”, - o davam edib.

Turan-ın "Vaqner” muzdluları müharibənin simasına çevrilirmi" sualının cavabında Prays deyib ki, Ukraynanın əks-hücumlarının qarşısında "Vaqner"in on minlərlə muzdlusunu da Rusiyanın digər rus qoşunlarının aqibəti gözləyir.

“Biz Ukrayna xalqına qarşı bu amansız müharibəyə görə cavabdeh olan subyektləri və təşkilatları məsuliyyətə cəlb etmək üçün bütün strukturlardan istifadə edirik”, - o, fikrini yekunlaşdırıb.