Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ: Rusiya Ukraynada insanlığa qarşı cinayətlər törədib

Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı başladığı təcavüzkar müharibədə “insanlığa qarşı cinayətlər” törətdiyi qənaətinə gəlib.

Pressklub.az xəbər verib ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı deyib.

Harrisə görə, Rusiya hərbi qüvvələri Ukraynada mülki əhaliyə qarşı “geniş və sistemli” hücumlar həyata keçirib.

O, ABŞ-ın sübutları araşdırdıqdan sonra bu nəticəyə gəldiyini bildirib.

"ABŞ rəsmi olaraq Rusiyanın bəşəriyyətə qarşı cinayət törətdiyini müəyyən edib" deyən Harris, Rusiyanın törətdiklərinin ortaq dəyərlərə və ümumi insanlığa hücum olduğunu əlavə edib.

Harris Ukraynada Rusiya hərbi qüvvələri tərəfindən törədilən zorakılıqlara işgəncə və zorlama, o cümlədən Mariupol doğum evinin bombalanması kimi halları misal çəkib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib.