Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Rusiya ilə nüvə məlumatı mübadiləsini dayandırır

Çərşənbə axşamı prezident Co Bayden jurnalistlərə bildirib ki, Rusiyanın qonşu Belarusda taktiki nüvə silahı yerləşdirmək planından narahatdır.

"Onlar hələ bunu etməyiblər... Bu, təhlükəli məsələdir və narahatlıq doğurur", deyə Bayden bildirib.

Çərşənbə axşamı Dövlət Departamenti bildirib ki, Rusiya strateji nüvə qüvvələri haqqında ətraflı məlumatı bölüşməkdən imtina etdikdən sonra ABŞ da artıq bunu etməyəcək.

Turan-ın müxbirinin bunun Strateji Hücum Silahları haqqında yeni müqavilənin sonu olub-olmadığı haqqında sualına cavabda Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel belə deyib: "Biz açıq şəkildə bildirdik ki, bu müqaviləni əhəmiyyətli, məsuliyyətli hesab edirik və beynəlxalq hüquqa əsasən, ABŞ SNS haqqında yeni müqavilənin pozulmasına reaksiya vermək hüququna malikdir. Dövlət katibi Rusiyanın müqavilədən çıxmaq qərarının nə dərəcədə məsuliyyətsiz bir qərar olduğunu kifayət qədər aydın şəkildə ifadə edib".