ABŞ “Məşhər günü təyyarəsi”ni havaya qaldırdı
01 Mart 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin hava komanda məntəqəsi kimi xidmət edən E-6B Mercury təyyarəsi fevralın 28-də İslandiyaya eniş edib.
Pressklub.az-ın məlumatına görə, bu barədə ABŞ qoşunlarının Avropadakı komandanlığının “Twitter” səhifəsində deyilir.
“ABŞ Strateji Komandanlığının birinci cinahının tabeliyində olan E-6B Mercury artıq ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasına daxil olaraq, İslandiyaya gəldi” – məlumatda bildirilir.
Qeyd olunur ki, İslandiyada olduqları müddətdə təyyarənin ekipaj üzvləri ABŞ səfiri və digər diplomatlar və hərbçilərlə görüşüblər.
E-6B Mercury Amerika hərbi strateji komandanlıq və nəzarət təyyarəsi, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin hava komandanlığı məntəqəsidir. Onu “qiyamət təyyarəsi” də adlandırırlar.
O, qitələrarası ballistik raketlərin daşıyıcısı olan strateji nüvə sualtı qayıqları ilə rabitə yaratmaq üçün nəzərdə tutulub. Hər bir sualtı qayıqda nüvə başlıqları daşıya bilən 24-ə qədər Trident II D5 raketi olur.
E-6B Mercury Boeing 707-320 sərnişin təyyarəsi əsasında hazırlanıb. O, 12,8 km hündürlüyə qalxa bilir, praktik uçuş hündürlüyü 11760 km-dir.