Logo
news content
User
Kateqoriyalar

Xəbər

“ABŞ Krımı geri almaq üçün Ukraynaya kömək edəcək” – Vikoriya Nuland

ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, Amerika Birləşmiş Ştatları Ukraynanın ilhaq edilmiş Krımda Rusiya hərbi obyektlərinə zərbələr endirməsini dəstəkləyir.


“Pressklub.az” xəbər verir ki, ABŞ rəsmisi bu barədə “Karnegi” Fondunun tədbirində çıxışı zamanı bildirib. "Rusiya Krımda çoxlu hərbi obyektlər inşa edib, bunlar Ukraynanın vuracağı qanuni hədəflərdir və biz bunu dəstəkləyirik. Krım heç olmasa silahsızlaşdırılmayana qədər Ukrayna təhlükəsiz olmayacaq", - deyə Nuland əlavə edib.


Nuland əlavə edib ki, Krım məsələsinə yanaşmazdan əvvəl Ukrayna hərbçilərinə hələ də əhəmiyyətli əraziləri qaytarmaq lazımdır. ABŞ dövlət katibinin müavini deyib: "Onların hazırda diqqət mərkəzində olan məsələ budur".


Aparıcının “Vaşinqton Ukraynaya Krımı hərbi yolla geri qaytarmaq cəhdlərinə dəstək verərkən Kremlin çəkdiyi hər hansı “qırmızı xətləri” keçməkdən çəkinirmi” sualını belə cavablandırıb:


“ABŞ heç vaxt Krımı Rusiya ərazisi kimi tanımadı və Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində onun ərazi bütövlüyünü dəstəkləyir”.


Xatırladaq ki, bundan Nuland Dövlət Departamentində keçirdiyi brifinqdə bildirmişdi ki, Ukrayna bütün ərazilərinin qaytarılması üçün mübarizə aparır və ABŞ növbəti hücumun hazırlanması da daxil olmaqla Kiyevi dəstəkləyir.


ABŞ Dövlət katibi Entoni Blinken də Ukraynanın Krımı hərbi yolla azad etmək cəhdlərinin Vladimir Putini qəzəbləndirəcəyi və Ukraynaya qarşı indikindən daha güclü zərbələr endirəcəyi barədə sualı cavablandırıb. Blinken vurğulayıb ki, Krıma hücum edib-etməmək barədə yalnız Ukrayna hakimiyyəti qərar verməlidir.


Bundan əvvəl ABŞ mediası Pentaqon rəsmilərinə istinadən yazıb ki, ABŞ Ukraynanın yaxın gələcəkdə Krımı hərbi yolla geri ala biləcəyinə şübhə edir. ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milley bildirib ki, Ukraynanın bütün ərazisini hərbi yolla azad etmək qeyri-mümkün olmasa da, “çox çətin” olacaq.


Rusiyanın bəzi rəsmiləri əvvəllər Ukraynanın Krıma hücuma keçəcəyi halda Moskvanın sərt tədbirlərə əl ata biləcəyini bildiriblər. Bura nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı eyhamlar da daxil idi.


Turqut