ABŞ kəşfiyyatı İranda hakimiyyətin yaxın müddət ərzində çöküşünü gözləmir
12 Mart 2026
İranda hakimiyyətin yaxın müddət ərzində çöküşü gözlənilmir.
Bu barədə “Reuters“ ABŞ kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, “kəşfiyyat hesabatlarının böyük bir qismi ona dəlalət edir ki, rejimin süqut etmə təhlükəsi yoxdur və rejim İran ictimaiyyəti üzərində nəzarəti hələ də saxlayır”.
Bildirilib ki, Ayətullah Seyid Əli Xameneinin öldürülməsinə baxmayaraq, dövlət strukturları ilə yanaşı, İranda dini rəhbərlik də birliyini qoruyub-saxlayıb.