
ABŞ Hindistan - Pakistan gərginliyinin dərhal azaldılmasına çağırıb
09 May 2025
ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar və Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb, gərginliyin dərhal azaldılmasının vacibliyini vurğulayıb.
TASS xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.
"Dövlət katibi gərginliyin dərhal azaldılmasının zəruriliyini vurğulayıb. O, ABŞ-nin Hindistan və Pakistan arasında birbaşa dialoqa dəstəyini ifadə edib və kommunikasiyaların yaxşılaşdırılması üçün səylərin davam etdirilməsinə çağırıb", - bəyanatda deyilir.