ABŞ: Əks-hücum üçün tələb olunan silahların hamısı Kiyevə verilib
02 May 2023
“ABŞ Kiyevin Ukraynaya əks-hücum üçün tələb etdiyi hərbi yardımın demək olar ki, 100%-ni təhvil verib, lakin tədarük davam edəcək”.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bəyan edib.
“Ukraynalılarla yazda planlaşdırdıqları hücum üçün nəyə ehtiyacları barədə apardığımız müzakirələrə əsasən, biz həmin siyahıda olanların demək olar ki, hamısını təhvil vermişik. Onların tələb etdiklərinin demək olar ki, 100%-ni çatdırdıq”-deyə, o bildirib.
Onun sözlərinə görə, ABŞ Ukraynaya həm maddi yardım, həm də ukraynalı hərbçilərini hazırlığını davam etdirəcək: “Bu, təkcə silaha malik olmanın deyil, həm də onlardan istifadə etmək bacarığının birləşməsidir”.
Kirbi əlavə edib ki, ABŞ administrasiya qarşıdakı günlərdə və həftələrdə Ukraynaya yeni müdafiə yardım paketləri üçün Senatın dəstəyini alacağına ümid edir.