ABŞ dünya liderlərini təcili toplayır - Rusiya terrorizmin sponsoru elan edə bilər
19 Aprel 2022
Birləşmiş Ştatlar bir sıra ölkələrin, o cümlədən Fransa, Almaniya, Böyük Britaniya, Kanada, İtaliya, Polşa Rumıniyanın rəhbərləri ilə təcili məsləhətləşmələr təşkil etmək niyyətindədir. Görüşdə NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının prezidenti Şarl Mişelin də iştirak edəcəyi bildirilir.
BFMTV Yelisey sarayındakı mənbələrinə istinadən xəbər verir ki, məsləhətləşmə Rusiyanın Ukraynanın şərqində başlatdığı yeni hərbi əməliyyatla bağlı olacaq.
Bundan əlavə, Vaşinqtonun Moskvaya qarşı daha bir sərt tədbirə əl ata biləcəyi qeyd edilir. Belə ki, ABŞ Rusiyanı terrorizmin sponsoru elan edə bilər. Vaşinqton indiyə kimi ancaq İran, Şimali Koreya, Suriya və Kubanı bu siyahıya salıb.