Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da qətllərin sayı artıb

ABŞ-da 2020-ci ildə qəsdən və ehtiyatsızlıqdan törədilən qətllərin sayı 2019-cu illə müqayisədə 29,4 faiz artıb.

Qazeta.ru-nun verdiyi məlumata görə, bu barədə ABŞ Federal təhqiqatlar bürosunun (FTB) rəsmi saytında məlumat verilib.

ABŞ departamentinin press-relizində deyilir ki, "Amansızlıqla törədilən hücumların sayı 12,1 faiz, təsadüfən törədilən və ayrıca qətllərin sayı isə 29,4 faiz artıb".

Ümumilikdə, 2020-ci ildə ölkədə 1,2 milyondan çox zorakılıq cinayəti qeydə alınıb.(Trend)