Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ bir çox olkələrə "faydasız yardımı" dayandırıb - Aralarında Ermənistan da var

ABŞ Dövlət Departamenti Ermənistanda da daxil olmaqla, müxtəlif ölkələrdə həyata keçirilən xarici yardım layihələrinə ayrılmış ümumilikdə 215 milyon dollar dəyərində maliyyəni ləğv edib.

Bu barədə ABŞ Hökümətinin Səmərəliliyi Departamenti (DOGE) məlumat yayıb.

"Bəzi xarici yardım proqramlarının məqsədəuyğunluğu Dövlət Departamenti tərəfindən yenidən nəzərdən keçirilir. Dövlət katibi Rübio bu gün dəyəri 215 milyon dollar olan 139 faydasız qrantın ləğv olunduğunu elan edib", - qurumun "X" hesabındakı paylaşımında bildirilir.

Məlumata görə, ləğv olunan qrantlar sırasında Dövlət Departamentinin Ermənistanda, Bolqarıstanda, Braziliyada, Böyük Britaniyada, Qırğızıstanda, Liviyada, Mavritaniyada, Moldovada, Tunisdə, Özbəkistanda və Şri-Lankada həyata keçirdiyi müxtəlif proqramlar yer alır.