ABŞ Bakı və Yerevan arasında dialoqda "irəliləyiş" olduğunu qeyd edir, bu dialoqu dəstəkləyəcəyini vəd edir
23 Fevral 2023
Çərşənbə günü Dövlət Departamenti son bir neçə ay ərzində Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə olunmasında "ciddi irəliləyişə" nail olunduğu haqqında bir müddət əvvəl verdiyi şərhi təsdiq edib.
"Biz həddindən artıq nikbin deyilik, amma bütün mümkün yollarla hərtərəfli həllə nail olmaq üçün bu dialoqu, bu diplomatiyanı dəstəkləməyə davam edirik", deyə mətbuat katibi Ned Prays gündəlik brifinqdə Turan-ın müxbirinin suallarına cavabda bildirib.
Dövlət katibi Entoni Blinken, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında ötən həftə Münhendə baş tutan üçtərəfli görüşdən sonra Dövlət Departamenti Blinkenin "hər iki tərəfin son bir neçə ayda sülh sazişi istiqamətində əldə etdiyi ciddi irəliləyişi" qeyd etdiyini bildirib.
Bu yaxınlarda danışıqlar prosesindəki uğursuzluqları nəzərə alaraq, dövlət katibinin qiymətləndirmələri həddindən artıq nikbin səslənmirmi? Turan-ın müxbirinin bu sualına cavabda Prays qeyd edib ki, Blinken "bizim son bir neçə ayda gördüyümüzü qiymətləndirib".
"Bu, tərəflərin öz aralarında, Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətinin nəticəsidir. Biz tərəflərin yaxın günlərdə Brüsseldə Aİ prezidenti Mişel tərəfindən təşkil olunan danışıqlarda bir araya gəlməsinin şahidi olacağımıza və bu irəliləyişin davamını görəcəyimizə ümid edirik", deyə Prays qeyd edib.