ABŞ Bakı və İrəvanı “birbaşa dialoqa” çağırır
28 Mart 2023
ABŞ Dağlıq Qarabağdakı son vəziyyətdən narahatdır və davamlı sülh naminə birbaşa dialoqa çağırır, TURAN-ın Vaşinqton müxbiri xəbər verir.
“Dövlət katibinin köməkçisi Karen Donfrid bu gün səhər xarici işlər naziri Ceyhun Bayramovla danışıb və Azərbaycan ordusunun hərəkətindən narahatlığını bildirib. O, ABŞ-ın Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqliyini vurğulayıb”, - deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib.
"Dövlət katibi də tez-tez deyirdi ki, birbaşa dialoq bu problemin həlli və davamlı sülhə nail olmaq üçün açardır" Patel deyib və əlavə edib ki, "bu münaqişənin hərbi həlli yoxdur".
"Biz Ermənistanı və Azərbaycanı ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində danışıqlar başlamaga çağırırıq", - Patel bildirib.