ABŞ Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb
15 İyun 2023
ABŞ iyunun 14-də Azərbaycan-Ermənistan sərhədində iki mülki şəxsin yaralanması ilə nəticələnən atışmadan narahatdır.
“Biz Ermənistanda ABŞ-a bağlı şirkətin iki mülki əməkdaşının Azərbaycan tərəfdən atəşə tutulması nəticəsində yaralanmasından dərin narahatıq. Tərəflər davamlı və balanslaşdırılmış sülhə nail olmaq üçün çalışdığı sürəcdə, biz sərhədlər boyu təmkinli olmağa çağırışımızı bir daha təkrar edirik”, - ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller tvitter hesabında yazıb.