ABŞ azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün əlavə yardım vəd edir
05 Aprel 2023
Münaqişə zonasında mina partlaması nəticəsində ölən və yaralananların sayı Dağlıq Qarabağda müharibənin yüzlərlə sadə insana necə təsir etdiyinə dair nümunələrdən yalnız biridir. Dövlət Departamentinin "Təhlükəsiz Yer istiqamətində hərəkət" adlı son hesabatına görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdən bəri 280-dən çox adam həlak olub və yaralanıb.
2021-ci ilin noyabrından ABŞ 2020-ci ildə Azərbaycanla Ermənistan arasında intensiv hərbi əməliyyatlar nəticəsində ziyan dəymiş ərazilərin minalardan təmizlənməsi üçün 2,5 milyon dollara yaxın vəsait ayırıb. Bunu dövlət katibinin hərbi-siyasi işlər üzrə köməkçisinin müavini Karen Çandler Turan-ın Vaşinqtondakı müxbirilə söhbətində deyib.
O xatırladıb ki, ABŞ Konqresi 2022-ci ildə Dağlıq Qarabağ regionu üçün maliyyə vəsaiti ayırıb.
"Konqresə ayrılan vəsait barədə məlumat verilir. Biz artıq bütün regiona 2,5 milyon dollar təqdim etmişik ki, orada çalışan icraçı tərəfdaşlarımız tərəfindən ədalətli paylansın. Yaxın aylarda daha 2 milyon dollarımız olacaq, onlar 2022-ci maliyyə ili büdcəsinin bir hissəsidir".
Bu yaxınlarda ABŞ-ın Avropa Komandanlığı Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin tələblərini müəyyən etmək üçün ərazinin bütövlükdə yoxlanmasını başa çatdırıb.
"Bundan sonra üç əlavə layihə yaradılıb: fiziki təhlükəsizlik və döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə təlimatçıların hazırlanması üçün iki kurs. Üçüncü layihə azərbaycanlı sapyorlara əl ilə mina əleyhinə aşkarlama sisteminin öyrədilməsinə və təchiz edilməsinə yönəlib", - o bildirib.
Öz növbəsində, dölət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Jenkins deyib ki, 1993-cü ildən ABŞ yerüstü minalar və partlamamış döyüş sursatları ilə əlaqədar humanitar təhdidlərin aradan qaldırılması yoluyla beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün 120-dən çox ölkəyə və bölgəyə 4,6 milyard dollardan çox investisiya qoyub.
"Biz həmçinin artıq hərbi sursat və silahların cinayətkarların və terrorçuların əlinə keçməməsindən ötrü onları məhv etmək üçün ölkələrlə əməkdaşlıq edirik", - o deyib.
Ukraynadakı müharibədən danışan Jenkins deyib ki, Ukrayna ərazisinin 174 000 kvadrat kilometrində mina və hərbi sursat var. Bu, Avstriya ərazisindən iki dəfə çoxdur.
"Biz Rusiyanı Ukraynadan çıxmağa çağırırıq, çünki onların törətdikləri vəhşiliklər mülki əhaliyə zərər verir, regionda sülhə mane olur və əgər onlar istəsələr istənilən vaxt bu müharibəni dayandıra bilərlər".