Logo
news content
User
Kateqoriyalar

Xəbər

Abramoviçə daha bir zərbə - Fransadakı villası həbs edildi


Fransa hakimiyyəti rusiyalı milyarder Roman Abramoviçə məxsus villaya həbs qoyub. Vindzor hersoqu və hersoginyasının vaxtilə istirahət etməyi sevdiyi elit villa Fransanın cənubunda, Antibes şəhərinin dənizkənarı qayalıqlarında yerləşir.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Şato de la Kro (Château de la Croë) adlı mülkün dəyəri təxminən 90 milyon funt-sterlinq (9,7 milyard rubl) olaraq qiymətləndirilir. Villa 1926-cı ildə tikilib və 10-dan çox yataq otağı, səkkiz vanna otağı var. Tikili 12 hektar meşə və qazonlarla əhatə olunub. Aralıq dənizi isə bir neçə metr məsafədədir.

2001-ci ildə mülkü satın alan Abramoviç onun bərpasına təxminən 30 milyon funt-sterlinq (3,2 milyard rubl) xərcləyib. Binanın damında 15 metrlik hovuz, zirzəmidə isə nəhəng idman zalı və ev kinoteatrı quraşdırılıb