Abramoviç Bakıda 86 min dolları nəyə xərcləyib...
12 Aprel 2022
Rusiyanın Ukraynanı işğalından sonra gözlər Qərbin sanksiyasına məruz qalan rus oliqarxlarına çevrilib.
İngiltərə mətbuatı ağır sanksiyalar məruz qalan və əmlakının bir hissəsini Türkiyəyə keçirən rus milyarder Roman Abramoviçin sanksiyalardan əvvəl dəbdəbəli həyatını işıqlandırıb.
Belə ki, "The Sun” qəzeti “Çelsi” futbol komandasının keçmiş sahibi Abramoviçin təkcə futbolçuların alınmasına böyük pul xərcləmədiyini yazıb. Məlumata görə, rusiyalı milyarder Azərbaycanın paytaxtı Bakıda yaşayanda suşi istəyib, ona görə də şəxsi təyyarəsi ilə Londondakı sevimli suşi restoranından yemək gətizdirib.
"The Sun" qəzeti, Abramoviçin 2500 mil uzaqlıqdan suşi gətirmək üçün şəxsi təyyarəsini işə saldığını və bu tələb üçün təxminən 86 887 AZN qurban verdiyini iddia edib. Təxminən 5 saat 30 dəqiqəlik yoldan sonra Abramoviçin tələb etdiyi suşilərin gəldiyi bildirilib.
İngiltərənin “The Sun” qəzeti Abramoviçin Qərb sanksiyalarından sonra yaşadığı həyat tərzindən uzaq olduğunu bildirərkən, 55 yaşlı rus milyarderin bir müddətdir hətta işçilərinin maaşını belə verə bilmədiyi iddia edilir.
İngiltərə mətbuatında çıxan son xəbərlərdə Abramoviçin işçilərinin maaşını verə bilmədiyi üçün zəngin dostlarından borc almaq istədiyi bildirilib.