Logo
news content
User
Kateqoriyalar

Xəbər

68 yaşlı kişi "9 May" paradına görə bacısını öldürdü - ŞOK QƏTL

Rusiyanın İrkutsk vilayətinin Usolski rayonunda qardaş bacısını öldürüb.


Rusiya KİV-də dərc olunan məlumata görə, 68 yaşlı kişi bacısını “9 May” qələbə paradında “Ölməz Alay”ın yürüşündə iştirak etmək istəməməkdə və atalarının xatirəsini təhqirdə ittiham edib.


Mübahisə zamanı kişi bacısının döş qəfəsinə bir neçə bıçaq zərbəsi vurub. O, aldığı xəsarətlərdən təcili yardım gələnə qədər dünyasını dəyişib.




Dindirilmə zamanı şübhəli şəxs qətli törətdiyini etiraf edərək, hadisə zamanı içkili vəziyyətdə olduğunu bildirib. Onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmənin qərarı ilə həmin şəxs barəsində 2 ay həbs-qətimkan tədbiri seçilib.