66 il AzTV-də: Tanınmış operatorumuz 88 yaşında vəfat edib - FOTO
03 Fevral 2022
AzTV-nin əməkdaşı, əməkdar mədəniyyət işçisi, operator Nəriman Şıxəliyev vəfat edib. O, 88 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Nəriman Məşədi Səttar oğlu Şıxəliyev 1934-cü ilin 14 oktyabrında Bakıda anadan olub.
1956-cı ildən Azərbaycan Dövlət Televiziya Komitəsi yaranan gündən burada kinooperator kimi fəaliyyət göstərib. Uzun illər Ekran yaradıcılıq birliyində çoxlu televiziya filmləri çəkib. Azərbaycan Dövlət Televiziyasının kinooperatoru Nəriman Şıxəliyev Proqram Direktorluğunun efirqabağı komissiyasının üzvü olub.
Əmək veteranı olan Nəriman Şıxəliyev milli televiziyanın inkişafındakı böyük xidmətlərinə görə 30 dekabr 1981-ci ildə "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adına, 4 noyabr 2006-cı ildə isə "Tərəqqi" medalına layiq görülüb.