Logo
news content
User
Kateqoriyalar

Xəbər

“4 hərbçimiz şəhid oldu, 45-i həyatını itirdi” - Akar

“Terrorla mübarizədə uğurları ilə məlum olan “mehmetçik” zəlzələlərlə mübarizədə də böyük bir qəhrəmanlıq və fədakarlıqla ilk andan etibarən öz xidməti ilə millətinin yanındadır”.

Pressklub.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib.

O, Milli Müdafiə Nazirliyinin “əsrin fəlakəti” ilə mübarizə üçün bütün imkanlarının səfərbər edildiyini bildirib. Hərbi qurum rəhbərinin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin 25 min 67 nəfərlik şəxsi heyəti hazırda zəlzələ bölgəsindədir.

“Bu günə qədər bölgədə xidmətdə olan 4 hərbçimiz şəhid oldu, 45-i həyatını itirdi”, - deyən nazir daha 54 nəfərin yaralı olduğunu, 78 nəfərin isə itkin düşdüyünü əlavə edib.

Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin həmçinin terrorla mübarizədə və sərhəd təhlükəsizliyində də üzərinə düşən vəzifələrini davam etdiyini vurğulayıb.