Logo
news content
User
Kateqoriyalar

Xəbər

30 milyon və daha baha - Dünyanın ən böyük yaqutu hərraca çıxarılır

Sotheby's ticarət evi dünyanın ən böyük yaqutunu rekord qiymətə hərraca çıxaracaq.

“Estrela de Fura” adlı yaqutun çəkisi 55,22 karat və dəyəri 30 milyon dollardan çoxdur. Hərrac evi onu dünən Honq-Konqda təqdim edib və qiymətli daş iyunun 8-də Nyu-Yorkda hərraca çıxarılacaq.

Hazırda qiymət rekordu 2015-ci ildə Sotheby's hərracında 30,3 milyon dollara satılan “Sunrise Ruby” yaqutuna məxsusdur. İndiyədək hərracda cəmi iki yaqutu 15 milyon dollardan baha qiymətə satmaq mümkün olub.

Yaqutlar əsasən Myanmada hasil edilir. Mütəxəssislərin fikrincə, "Estrela de Fura" dünyaya Afrika qiymətli daşlarının Asiya daşları ilə bərabər səviyyədə, hətta daha yaxşı ola biləcəyini göstərmək üçün hər cür şansa malikdir.