258, 260 və 261-ci saatların möcüzəsi
17 Fevral 2023
Türkiyədə baş verən dəhşətli zəlzələnin üstündən 11 gün keçməsinə baxmayaraq möcüzələr davam edir. Xilasedicilər hələ də dağıntılar altından sağ insanlar tapmaqda davam edirlər.
Pressklub.az xəbər verir ki, zəlzələnin 258-ci saatında daha bir nəfər sağ çıxarılıb. Xilasedicilər 29 yaşlı Neslihan Kılıçıdağıntılar altından xilas edə biliblər.
Zəlzələnin 260-cı saatında isə Hatayın mərkəzi Antakya rayonunda 12 yaşlı uşaq sağ tapılıb.
Təbii fəlakətin 261-ci saatında isə Hatayda 26 yaşlı Mehmet Ali Şakiroğlu və 33 yaşlı Mustafa Avcı xilas ediliblər.