2024-cü ildə dövlət sərhədini pozan 514 nəfəri saxlanılıb
10 Yanvar 2025
2024-cü ildə Azərbaycanın dövlət sərhədini pozduğuna görə 514 nəfər, sərhəd rejimini pozduğuna görə 10500 nəfər, axtarışda olan 3 726 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.
Saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlət sərhədindən gizli keçməyə cəhd edən 5 nəfər sərhədçilər tərəfindən saxlanılıb.
Azərbaycana qarşı kəşfiyyat-pozuculuq məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfərin şəxsiyyəti müəyyən edilib. Xaricdə qanunsuz silahl dəstələrdə döyüşmüş 5 nəfər saxlanılıb.