Logo
news content
User
Kateqoriyalar

Xəbər

2 min otaq, 100 qaraj, 5 hovuz, 900 cariyə... - Müasir HƏRƏMXANALAR

Bir neçə əsr əvvəl Şərq ölkələrində hərəmxanalar gündəlik həyat tərzi idi. Bir çox valideynlər qızlarını hərəmə göndərməkdən məmnun idilər, çünki orada təhsil ala, təcrübə qazana, hətta Sultanın vəziri və ya xidmətçiləri ilə evlənməyə müvəffəq olurdular. Bu gündən o günə baxanda gözümüz önündə romantik bir yaşam, eşq dolu mühit canlanır.




Yaxın Şərq, Ərəbistan yarımadası və Afrika ölkələrində bəzi dövlət rəhbərləri hələ də yüzlərlə cariyə saxlayırlar. Lakin hərəmxanalardakı xanımların, cariyələrin hamısı heç də kraliça kimi yaşamırlar. Çox vaxt belə hərəmlərdə zorakılıq və məcburiyyətlə üzləşirlər. Sözsüz ki, söz açacağımız müasir hərəmxanalarla bağlı nə sosial şəbəkələrdə, nə də digər mənbələrdə real fotolar, görüntülər yoxdur.

Həmin hərəmxanalarla bağlı mətbuatda səsləndirilən bir sıra maraqlı iddiaları təqdim edirik:

Yalnız pirat Benin ağuşunda yatanlar buna sahiblənirdi...

Xarici medianın yazdığına görə, dünyanın ən böyük hərəmi Malayziya yaxınlığında Cənubi Çin dənizində gəmi qarətçisi kimi tanınan pirat (və siyasətçi) Ben Belaya məxsusdur. Onun sarayında 900-ə yaxın cariyə var. İctimai yerlərdə o, həyat yoldaşı ilə görünür, lakin Malayziya mediası hərdən onun şəxsi həyatının təfərrüatlarını sızdırır. Ben Belanın hərəmində qızlar zorla saxlanılır.


Гаремы в современном мире, где девушкам жилось несладко



Çox vaxt qaçsalar da tutularaq geri qaytarılırdılar. İddialara görə, turistləri oğurlayıb, sənədlərini onlardan alıb məşhur “dəniz qulduru”na təqdim ediblər. Qızların saxlandığı şərait dəhşətlidir. Otaqlar kazarmaları, həyətləri isə Eden bağlarını xatırladır. Qadınlar yalnız intim zövq üçün istifadə edilmir. Tikirlər, təmizləyirlər, işləyirlər, uşaqlara baxırlar. İnadkarlıq edənlərlə xüsusilə sərt davranırlar. Yalnız “Sultan”ın ağuşunda gecələyəcəyi təqdirdə onlara yaxşı ləziz yeməklər verilir. Belə bir “hərəmdən” çıxmaq sadəcə mümkün deyil. Piratın özü bu həbsxananı hərəm adlandırır.

“Miss America 92”nin qalibinin yaşadığı hərəm...

Bəhs etdiyimiz qəddar piratdan fərqli olaraq, dünyanın ən zəngin insanlarından biri olan Bruney sultanı Hassanal Bolkiahın hərəmxanasında həyat sadəcə olaraq inanılmazdır. Ümumiyyətlə sultanın həyatı ilə bağlı əfsanələr dolaşmaqdadır: Onun 2 min otaqlı sarayı, 5 min nəfərlik ziyafət zalı, şəxsi məscidi, 5 hovuzu, 100 avtomobillik qarajı və 700 cariyəsi var.

Sultanın hərəminə girmək çoxlarının arzusudur - xüsusən də “Miss America 92” gözəllik müsabiqəsinin qalibi Şennon Marketikin. Dünya gözəlinə hərəmdə iş təklif olunub və o, təklifi qəbul edib. Lakin Şennon  işləmək əvəzinə hərəmxanaya salınıb. Heç kim onu ​​Sultanla yatmağa məcbur etməyib. Üç ay sonra gözəli azad ediblər və ona 100 min dollar və brilyant boyunbağı hədiyyə edilib. Dünya gözəlinin Burney Sulatnının hərəmində olması simvolik xarakter daşıyıb, sadəcə adı lazım imiş.

Гаремы в современном мире, где девушкам жилось несладко
Deyilənə görə, qadınlar Sultanın fəxridir. Adətən bir neçə xanımla gecələyən sultan qarşısında qızların rəqs etməsini xüsusilə bəyənir. Hərəmdən qaçmaq asan məsələ deyil. Hərəmxana çox yaxşı mühafizə olunur. Digər kişilər xanımlara yaxın buraxılmır. Qaçan qadınlar ciddi cəzalandırıla bilərlər, amma heç kim bu barədə danışmır. Şennon Marketikin sözlərinə görə, bu sevdaya düşən bəzi inadkar xanımlar sadəcə olaraq yoxa çıxırlar.

Səddam devrilsə də, susan cariyələr...

Məşhur hərəmlərdən danışdıq. İndi isə sirləri hələ açılmamış hərəmlərdən söz açaq. Bunlardan biri  Səddam Hüseynin hərəmxanasıdır. Orada müxtəlif yaşlarda və millətlərdən olan 500-ə yaxın qadın olub.  Qadınların hərəmə necə girdiyi bu günə qədər məlum deyil. Orada onlarla necə davranılıb, istifadə edilib və s. – bunlar da sirr olaraq qalır. Səddamın ölümündən sonra bütün cariyələr sərbəst buraxılıb, yalnız onların gedəcək yerləri yox idi.

Гаремы в современном мире, где девушкам жилось несладко
Onların pulu, mənzili, ailəsi yox idi. Çoxları sadəcə olaraq evsiz qaldılar. Səddam devrilsə də hərəmxanadakı cariyələr bu gün də susur, heç nə danışmırlar.

Kriminal aləmin ünlü ismlərindən olan Pablo Eskobarın da 400 cariyəsi olduğu vurğulanır. Eskobarın hərəmxanası barədə ətraflı detallar göstərilməyir.

Гаремы в современном мире, где девушкам жилось несладко

VI Məhəmməd dağıtdığı hərəmxana...

Hərəmxanalardan söz düşərkən Mərakeş kralı II Həsənin də adı hallandırılır. Kral cariyələrinin yanına nadir hallarda gedirdi. Vaxtının daha çox hissəsini siyasətə ayıran II Həsən yalnız maraq naminə hərəm saxlayırdı.

Гаремы в современном мире, где девушкам жилось несладко
1990-cı ildə kralın ölümündən sonra onun oğlu VI Məhəmməd taxta çıxdı. Oğul atasının “gözəllik”lərini dağıtdı, cariyələrin hər birinə pul və ev verdi. II Həsənin hərəmi barədə dolğun faktlar olmasa da, haqqında çox şayiələr gəzir. (lent.az)