Logo
news content
User
Kateqoriyalar

Xəbər

19 yeni yoluxma aşkarlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 675 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib, aktiv xəstə sayı 139 nəfərdir.

Ölkədə son sutka ərzində 4 132, hazırkı dövrədək isə 6 801 484 test aparılıb.