122 yaşlı “Köhnə hamam” - Seyidin tikdiyi tarixi abidə məhv olmaq üzrədir - VİDEO
15 Aprel 2022
122 yaşlı tarixi hamam məhv olmaq üzrədir.
Sabirabad şəhərinin Məhəmməd Füzuli küçəsində yerləşən “Köhnə hamam” 1900-cu ildə Seyid Mirmusa Tağıyev tərəfindən inşa edilərək istifadəyə verilib. Hamam yerli əhəmiyyətli tarixi memarlıq abidəsi kimi dövlət tərəfindən qorunan abidələr siyahısında yer alıb.
Mirmusa Tağıyevin nəvəsi Ağa Tağıyev qeyd edib ki, hamam çox baxımsız haldadır və məsələ ilə bağlı aidiyyəti qurumlara edilən müraciətlərə müsbət cavab verilməyib. Tarixi hamamın onlara ulu babası Mirmusa Tağıyev tərəfindən miras qaldığını deyən Mirismayıl Tağıyev memarlıq abidəsinin qorunub saxlanılması üçün illərdir mübarizə apardığını deyir.
Qeyd edək ki, tarixi hamam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.