10 ildən sonra peyk yayımına keçdik, o da belə…
02 Fevral 2022
Osman Gündüz: “Arqumentlər, sadəcə, biabırçılıqdır”
Yanvarın 28-dən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azerspace-1” telekommunikasiya peykindən yayımlanan yerli televiziya kanallarının HD (High Definition – yüksək dəqiqlikli) formatda yayımına başlanıb. Nazirlikdən verilən açıqlamada bildirilirdi ki, bu yenilik Milli Televiziya və Radio Şurası (MTRŞ), nazirlik yanında Kosmik Agentlik ("Azərkosmos"), “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.
Nazirliyin məlumatında o da qeyd olunur ki, yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-nə qədər yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək. Yayım texnologiyası “MPEG-2” sıxlaşdırma metodundan “MPEG-4” sıxlaşdırma metoduna keçiriləcək.
Yerli televiziya kanalları HD formatda “Azerspace-1” peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov vəd etmişdi ki, HD formatda yüksək keyfiyyətli yayıma keçid televiziya kanalları üçün hər hansı əlavə xərc yaratmayacaq. “Yalnız rəqəmsal televiziya qəbulediciləri olmayan vətəndaşlar ola bilər ki, onların kökləmələri yenidən düzəltməsinə ehtiyac ola bilər. Bu halda, istifadəçilər 25 manata qəbuledici əldə etməlidir”,- o, qeyd edib.
Amma HD yayıma keçid nazir müavinin dediyi kimi problemsiz olmayıb. Xüsusən bölgələrdə yaşayan əhali televiziya yayımlarına çıxışı bağlanıb. Onlar HD yayımı dəstəkləyən aparat almağa, onu quraşdıracaq mütəxəssis axtarışına çıxıblar. Tovuzdan Əli Səfərov Pressklub.az-a bildirib ki, aparatları haradan əldə edəcəyini bilmir, onu quraşdırmaq üçün isə cəmi 1 usta var: “Kənddə əksər sakinlərin televizoru işləmir, gərək 1 həftə gözləyək ki, bizə də növbə çatsın”.
Yaranmış durumu şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, qonşu ölkələrin əksəri çoxdan HD yayıma keçib, hətta 4K üzərindən yayım aparanlar var, 8K və 16K formatında yayım onlarda müzakirə predmetidir.
“Nə qədər faydalı olsa da , Azərbaycanın indiki inkişaf vəziyyəti baxımından, potensial imkanlarımız baxımından olduqca gec verilən bir qərardı. Hansı ki, elə öz peykimiz – “Azerspace-1” telekommunikasiya peykimiz 2013-cü ildən orbitə qaldırılıb. Özümüzün telekommunikasiya peykimiz olduğu halda nə üçün bu qədər uzun zaman tələb olunub peyk yayımına,”- deyə ekspert sual edir.
Xatırladaq ki, ötən gün Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi (Teleradio Birliyi) yerli kanalların birinə maraqlı açıqlama verib. Aparıcının nə uçun bu qədər gec peyk yayımına başlanması ilə bağlı sualına qurumun rəhbəri aşağıdakı arqumentləri gətirib:
- Bütün TV şirkətlərin buna hazır olmağı vacib idi;
- Bütün TV-lərdəki arxiv materiallarının HD formata keçirilməsi vacib idi;
- Əhalidə olan qəbuledici və televizorlar HD formatı dəstəkləməli idi”
- Kabel TV və İPTV şirkətlər də buna hazır olmalıydı…
Osman Gündüz deyir ki, bu arqumentlər, sadəcə, biabırçılıqdır:
“Hər il dövlət büdcəsindən “Azerspace-1” üzərindən yayıma dəstəklə bağlı TV-lərə xeyli yatırımlar edilib . MTRŞ bu prosesə nəzarət edib. Onda sual olunur ki, TV-lər nə üçün bu prosesə zamanında hazırlanmayıb. Qeyd olunanlar heç bir halda bütün TV-lərə şamil oluna bilməz, TV-lərin bir çoxu, Kabel TV və IPTV-lər isə lap çoxdan, illər öncə bu prosesə hazır olublar. Ümumiyyətlə, anlaşılmazdır ki, əgər hansısa qurumlar buna hazır olub, digərləri hazır deyilsə, onda innovasiyaları , yeni texnologiyaları tətbiq etməmək, innovativ qurumları arxadan tutub saxlamaq nə dərəcədə effektiv siyasət olub”.
Osman Gündüz Əlavə edib ki, teleradio sahəsinin rəqəmsal transformasiyasının ləngiməsi Teleradio Birliyinin sektorda inhisarçılıq statusu ilə bağlıdır:
“Region ölkələrinin heç birində artıq “İstehsalat Birliyi” formasında bu tip inhisarçı qurum, ildə bir neçə dəfə efiri “rubilnikdən” söndürən qurum yoxdur. Bu sektorda rəqabətli mühitin inkişafı üçün ciddi addımlar atılmalıdır. HD formata keçiddən sonra efirin yenidən “rubilnikdən” söndürülməsi, TV kanalların gec fəaliyyətə başlaması, sosial mediada elə indi də davam edən müzakirələr göstərir ki, bu prosesə hazırlıq da yetərli olmayıb”.
Məlumat üçün qeyd edək ki, HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.
E.Eldaroğlu