Yazıçı Anar: “Bilirdik ki, onu güllələyiblər...” - MÜSAHİBƏ
“Toplasan, 20 cild əsərlərim var, yapışıblar Təhminədən...”
03 İyun 2024
Hələ tələbəlik illərində, günümüz auditoriyada keçəndə, onun əsərlərini təhlil etməyə can atmışdım. Sonradan dissertasiya mövzuları arasında onun əsərlərini görməyəndə məyus olmuşdum. O vaxtdan bir neçə il keçib. İndi onunla görüşəcəyəm, üstəlik, müsahibə də alacağam...
İçəri dəvət etdilər. Salamlaşdıq. Qısa girişdən sonra suallara keçdim. Pressklub.az-ın müsahibi Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anardır.
- Anar müəllim, nəinki ədəbiyyatda, eləcə də Azərbaycan dilçiliyində öz izini qoymuş, sözünü demiş yazıçımızsınız. Elə ilk sualıma da ədəbiyyatımızda səs-küy yaradan əsərinizlə başlamaq istəyirəm. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını yazanda hələ 40 yaşınız olmamışdı. Gənc Anarın yaratdığı Zaur obrazına, onun davranışlarına indiki münasibətiniz maraqlıdır. Zaura öyüd-nəsihət verən atasını indi haqlı saydığınız olurmu?
- Qəliz sual oldu. Bu əsər o dövrdə yazılıb və o dövr üçün aktualdır. İndi bəlkə də atası ayrı sözlər deyərdi, ayrı öyüd-nəsihətlər verərdi. Hər dövrün öz əxlaq kodeksi var. Bir dəyişməz əxlaq var, bir də dəyişən əxlaq. Dəyişən əxlaq, təəssüf ki, zamana tabe olur. Əbədi həqiqətlərə yox, zamana...
- “Adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vard...