Logo
news content
premium image
Kateqoriyalar

Müsahibə

Planlarını açıqladı: “Təəssüf ki, o qədər tamaşaçını...”
Hacı İsmayılov  “Aktyor evi”nin statusunu qaytarmaq istəyir

Yadımdadır, ötən əsrin 90-cı illərində “Aktyor evi”ndə rejissor Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrı fəaliyyət göstərirdi. Oranın yayda isti, qışda soyuq tamaşa zalında teatr yaradıcısının quruluşunda Şekspirin “Hamlet”,  Vaqif Səmədoğlunun “Yayda qartopu oyunu” və sair kimi maraqlı tamaşalara baxmışam. O zaman soyuq şəraitdə məşq edən aktyorların bəziləri premyera vaxtı səhnəyə qızdırma içində çıxmalı olurdular. Məsələn, Qurban İsmayılovun Hamlet rolunu 39 dərəcə qızdırmada oynadığının şahidiyəm. O şəraitsizlikdə tamaşalar oynanılırdı, tamaşaçı da gəlib baxırdı. Bu, məsələnin bir tərəfi. İkinci tərəfi odur ki, “Aktyor evi” yaddaşlarda Hüseynağa Atakişiyev və onun hazırladığı tamaşalarla qalıb. Ondan əvvəlkini biz görməmişik, sonrası da... 

“Aktyor evi” Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərir. Hüseynağa Atakişiyev dünyasını dəyişəndən sonra Gənclər Teatrı ləğv edildi, kollektiv də Gənc Tamaşaçılar Teatrının ştatına keçirildi. Sözüm onda da deyil, ondadır ki, “Aktyor evi” o vaxtdan bu günə fəaliyyətsizdir. 

İyul ayında Teatr Xadimləri İttifaqına (TXİ) yeni sədr seçilən, Xalq artisti Hacı İsmayılovla söhbətimizi elə bu yöndə apardıq.   

Xalq artisti əvvəlcə onu dedi ki, yeni mövsümdə onu bu vəzifəyə seçənlərin etimadını doğrultmağa çalışacaq: “Görəcəyimiz ilk işlərdən biri “Aktyor evi”nin statusunu və nüfuzunu özünə qaytarmaq olacaq. Bunun üçün binada müəyyən təmir işlərinə ehtiyac var. Birinci mərtəbə və tamaşa zalı bərbad vəziyyətdədir. 1971-ci ildə inşa edilmiş binadır, sonradan yalnız kosmetik təmir işləri aparılıb. Zalın işıq, akustika problemləri var. Bilirsiniz ki, ittifaqımız büdcə təşkilatı deyil. Ona görə də bu işləri daxili imkanlarımız hesabına görməliyik”.

lock icon

Yazını tam oxumaq üçün