Logo
news content
User
Kateqoriyalar

İcmal

Tramp NATO üzvlərini hədələyir: "Təkbaşına qalacaqsınız"

Mənbə: The Telegraph

Tərcümə: Turan 

Donald Tramp NATO üzvlərinə xəbərdarlıq edib ki, əgər o, yenidən seçilərsə, müdafiə xərclərini artırmasalar, “tək başlarına” qalacaqlar.

Keçmiş ABŞ prezidenti və 2024-cü il prezidentliyinə namizəd hərbi alyansa mesajının belə olduğunu söylədi: "Əgər pul ödəmək istəmirsinizsə, onda özünüz davam edin”.

Uzun müddətdir ki, ABŞ-ın NATO daxilində həddindən artıq maliyyə yükü daşıdığından şikayət edən Tramp bundan əvvəl müqavilənin 5-ci maddəsini - alyansın kollektiv müdafiə prinsipini şübhə altına almışdı.

Bu ilin əvvəlində o, Rusiyanın kollektiv müdafiəyə kifayət qədər pul xərcləməyən NATO müttəfiqləri ilə “istədiyini edə biləcəyini” ehtimal edərək daha da irəli gedib.

Çərşənbə axşamı nəşr olunan "Time" jurnalına verdiyi geniş müsahibədə Tramp bu fikirlərin üstündə dayandığını bildirib.

77 yaşlı siyasətçi bildirib ki, noyabr seçkilərində Ağ Evə qayıda bilsə, ABŞ-ın Ukraynaya yardımının davam etdirilməsi Avropanın uyğun ödənişlər etməsindən asılı olacaq.

İndiyədək Vaşinqton Co Baydenin və Konqresdə iki partiyanın dəstəyi ilə Ukraynaya 100 milyard dollardan çox vəsait göndərib.

"Bizim okeanımız var, amma onlarda yoxdur"

Tramp ABŞ-ın bütün maliyyələşdirməsini kəsib-kəsməyəcəyini söyləməsə də, “Avropa toparlanmayana qədər verməzdim” deyib.

“Avropa ödəmək niyyətində deyilsə, biz niyə ödəməliyik?

Onlar daha çox əziyyət çəkdilər. Aramızda okean var. Onlar bunu etmirlər” dedi.

NATO müttəfiqləri bu ay Ukraynaya uzunmüddətli tədbirlər paketi təqdim etməyə razılaşıblar, bəzi alyans diplomatların fikrincə, bu “etibarlı” beş illik 100 milyard dollarlıq fond vasitəsilə həyata keçirilə bilər.

Tramp həmçinin yenidən seçiləcəyi təqdirdə Amerikanın bir sıra müttəfiqlərinə uzunmüddətli hərbi dəstəyini yenidən nəzərdən keçirəcəyinə işarə edib.

O, Kim Çen In rejiminin qarşısını almaq üçün Cənubi Koreyada yerləşən Amerika qoşunlarını geri çəkə biləcəyini ehtimal edib.

Tramp deyib ki, hazırkı vəziyyətin “heç bir mənası yoxdur”. “Niyə kimisə müdafiə etməliyik? Biz çox zəngin bir ölkədən danışırıq”, - deyə o, Time-a bildirib.

Yaxın Şərqlə bağlı Tramp deyib ki, əgər İsrail İran tərəfindən hücuma məruz qalarsa, İsraili müdafiə edəcək.

Lakin o, Benyamin Netanyahunun HƏMAS-a qarşı müharibəyə yanaşmasını və İsrail baş nazirinin terror qruplaşmasının 7 oktyabr hücumunun qarşısını ala bilməməsini tənqid edib.

"Bu, onun vaxtında baş verdi", Tramp deyib.

O, münaqişəyə son qoymaq üçün ABŞ-ın İsrailə hərbi yardımı geri çəkməsi ehtimalını istisna etməyib, lakin Fələstin dövləti yaratmaq istəyini dəstəkləmədiyini bildirib.

"Bir vaxtlar iki dövlət ideyasının mümkünlüyü barədə düşünürdüm", deyə o bildirib. "İndi düşünürəm ki, iki dövlətin mövculduğu çox, çox çətin olacaq".