Artıq Bakı-Yerevan münasibətlərinin normallaşmasına heç nə mane olmamalıdır
30 Sentyabr 2021
CAUSEUR.fr, Fransa 30.09.2021
Müəllif: Sebastyan Bussua
Ermənistanla Azərbaycan arasında münaqişəyə səbəb olmuş Qarabağ 1 ildir ki, Bakının nəzarətinə qayıdıb. Bu, beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının qərarlarına tam uyğundur.
Beləliklə, Azərbaycan üçün münaqişə mahiyyətcə həll olunub. Başqa sözlə, indi Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasına heç nə mane olmamalıdır. Lakin Bakı sülh yolu ilə irəliləmək istəsə də, dialoqun irəli aparılması, iki ölkə arasındakı münasibətlərin normallaşmasına bəzi maneələr qalmaqdadır.
Davam edən ayrı-seçkilik
Birinci Qarabağ müharibəsində (1994-cü ildə sona çatıb) itkin düşmüş insanların taleyi bu gün də Azərbaycanı narahat edən əsas məsələlərdəndir – 3890 nəfərin taleyindən hələ də heç bir xəbər yoxdur. Digər əsas məsələlər arasında ermənilərin qaldığı ərazilərdə Azərbaycan vətəndaşlarına qarşı davam edən ayrı-seçkilik də var. Azərbaycanda əmindirlər ki, bu, 30 ildir davam edən sistemli siyasətin davamıdır. Bu ayrı-seçkiliklər, ilk növbədə, İrqi Ayrıseçkiliyin Aradan Qaldırılması ilə bağlı Beynəlxalq Konvensiyaya ziddir. Bu sənədi Azərbaycanla Ermənistan da imzalatıb və demək, onlar konvensiyanın tələblərini yerinə yetirməyə borcludurlar. Baş verənlərə etiraz olaraq, Bakı bu yaxınlarda Beynəlxalq Məhkəmədə Ermənistana qarşı iddia qaldırıb. O, bu vəziyyətə son qoyulması üçün məhkəmədən ciddi tədbirlərin görülməsini istəyir.
Azərbaycanda bildirirlər ki, Ermənistan birbaşa və dolayısı ilə etnik təmizləmə siyasəti aparır, irqçi təbliğatla, nifrət dolu çıxışlarla azərbaycanlılara qarşı kin yaradır, üstəlik, bu işlər dövlət səviyyəsində təşkil olunur.
Xatırladaq ki, Ermənistan Azərbaycan əsilli və mədəniyyətli vətəndaşlarını dogma yurdlarından hələ Birinci Qarabağ müharibəsimdən əvvəl – 1987-ci ildə qovub.
Azərbaycan Haaqa Məhkəməsinə gedir
Bakıda bildirirlər ki, tərəflər arasında 2020-ci ilin payızında baş vermis son müharibədən sonra Ermənistan yenidən azərbaycanlıları etnik nifrətdən qaynaqlanan qəddar rəftar hədəfinə çevirib. İndi rəsmi Bakı bir qədər də irəli gedərək, Ermənistanı etnik təmizləmə, mədəni irsi məhv etmə, azərbaycanlılara qarşı nifrətin qızışdırılması, İrqi Ayrıseçkiliyin Aradan Qaldırılması ilə bağlı Beynəlxalq Konvensiyaya zidd olaraq, azərbaycanlıların hüquq və azadlıqlarının sistemli şəkildə pozulmasında günahlandırır.
Amma Azərbaycan bütün bunlarla bağlı hələ də təzminat ala bilməyib. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin sözlərinə görə, indi beynəlxalq məhkəmədə bu işi başa çatdırmaq, günahları sübuta yetiriləcək erməni rəsmilərin məsuliyyətə cəlb olunmasına nail olmaq Bakının prioritetlərindəndir. O, məsələni Haaqa Məhkəməsinə çıxarmaq qərarına gəldiklərini deyir. Burada Azərbaycan İrqi Ayrıseçkiliyin Aradan Qaldırılması ilə bağlı Beynəlxalq Konvensiyanın 22-ci maddəsinə istinad edir. Hər iki dövlətin imzaladığı bu sənədin həmin maddəsində deyilir ki, iki və ya bir neçə iştirakçı dövlət arasındakı mübahisələr Konvensiyada xüsusi olaraq nəzərdə tutulmuş prosedurlar yolu ilə həll edilmədikdə, məsələ Beynəlxalq Məhkəməyə verilir.
Beləliklə, qərarı məhkəmə verməli olacaq. Bakıda ümid edirlər ki, müvafiq qərar keçmişdə olduğu kim, kağız üzərində qalmayacaq.
(Fransız dilindən tərcümə - WorldMedia.Az)