Partiya qurultayları: “Azadlıq və sevinc” “qorxu və nifrət”ə qarşı
ABŞ-də prezident seçkilərinin taleyi kimdən asılıdır?
09 Sentyabr 2024
Respublikaçılar qurultayı iyulun ortalarında keçirdilər və bu, falstart oldu. Qurultay restler Halk Hoqanın çıxışı ilə yadda qaldı.
O, çıxış zamanı əynindəki maykanı cırdı ki, bu da “yuxulu” Co Baydenin qocalığının və taqətsizliyinin əksinə enerji və qüvvəni simvolizə etməli idi. Amma qurultaydan az sonra demokratlar namizədlərini dəyişdilər və qocalıq, taqətsizlik əleyhinə arqument indi 78 yaşlı Trampın özünün əksinə işləyir.
Respublikaçılar bütün son seçkilərdə olduğu kimi, neqativə köklənərək, opponentlərinin fəaliyyətini tənqid edirlər. ABŞ-ı üçüncü dünya ölkəsi adlandıran Tramp baş verənlərin apokaliptik mənzərəsini təsvir edir. Həmin mənzərədə miqrantlar amerikalıları iş yerindən məhrum edir, ABŞ sakinləri qətl və qarət riski olmadan mağazaya gedə bilmirlər, dünya da Üçüncü dünya müharibəsinin astanasındadır. Bu zaman respublikaçılar sosioloji sorğular üzrə davranırlar: miqrasiya, inflyasiya və cinayətkarlıq amerikalıları narahat edən əsas məsələlərdəndir. Amma bu üç neqativ göstərici indi a...