Onlara nə canınızı etibar edin, nə cibinizi...
Təhlükəli və bahalı aptek-həkim əməkdaşlığından necə qorunmaq olar?
06 May 2024
Bu sözləri Pressklub.az-a fırıldaqçı həkimin tələsinə düşdüyünü iddia edən Bakı sakini Firuzə Məmmədli deyib.
O, şübhələndiyi üçün problemini və müalicəsini araşdırmağa başlayıb. Məlum olub ki, dərmanların yarıdan çoxu əhəmiyyətsiz və qiyməti şişirdilmiş bioloji aktiv maddələr, vitaminlərdir. Yəni, 120 yox, 30-40 manatlıq dərman onun müalicəsi üçün yetərliymiş: “Ertəsi gün həkimdən izah istəyəndə, dili topuq vurmağa başladı, üzr istədi. Ona dedim ki, aptekə getsəm, dərmanı qaytarmayacaqlar. Amma siz onlara desəniz, qaytararlar. Həyəcanlı şəkildə dedi ki, “qaytarmağınıza ehtiyac yoxdur, neçiyə almısınızsa, pulunu mən verərəm, dərmanı sizdən alaram”. Sonra da dərmanları stolun siyirməsinə qoydu. Hər halda, məndən sonrakı qurbanına satacaq”.
Müsahibimiz deyir ki, bu cür fırıldaqçı həkimlər əsl həkimlərin də işinə kölgə salır və onlara olan inamı qırır. İnsan həyatı, sağlamlığı ilə oynamağın yolverilməz olduğunu bildirən F. Məmmədli onların barəsində ölçü götürülməsini istəyir.
Azərbaycanda bəzi həkimlərin dərman firmaları və ya apteklərlə işbirliyinin olması çoxdan məlumdur və səhiyyəmizin problemlərindəndir. Apteklərin nü...