Logo
news content
premium image
Kateqoriyalar

Araşdırma

İkinci cəbhə dəhşəti: “Bu qədər cəsədi görmək ağır idi...”
Dünyanın taleyini dəyişən hadisənin canlı şahidləri danışır

Dünən – mayın 6-da müttəfiqlərin işğal altındakı Normandiyaya çıxmalarının və nasist Almaniyası ilə mübarizənin ikinci cəbhəsinin açılmasının 80-ci ildönümü idi.  

Xatirə tədbirlərində iştirak etmək üçün ABŞ prezidenti Co Bayden Fransaya gəlib. O, yaxın günlərdə bir neçə Avropa liderləri, o cümlədən Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır. 

Britaniyadakı xatirə tədbirlərini Portsmutda keçirdilər. 1944-cü ilin iyununda təxminən 160 min hərbçinin La Manş vasitəsilə daşınması buradan başlayıb. 


“[Bu insanların] mətanətinə, igidliyinə və qəhrəmanlığına kimsə laqeyd qala bilməz. Bu, bizim üçün ilham mənbəyidir, o böyük hərb nəslinə nə qədər borclu olduğumuzun xatırlatmasıdır”, - kral III Çarlz toplananlar qarşısında deyib. 

Monarx ikinci cəbhənin açılmasında təkcə britaniyalıların deyil, daha otuza qədər ölkələrin hərbi qulluqçularının iştirak etdiyini yada salıb. 

Nasistlər üzərində qələbədə sovet qoşunlarının əsas rol oynamasına baxmayaraq, Ukraynaya təcavüz səbəbindən Rusiya nümayəndələri təntənələrə dəvət olunmayıb. 


80 il öncə La Manşı üzənlər arasında gənc Donald Hokins də vardı. O, İkinci dünya müharibəsinin başlanğıcını arxa cəbhədə keçirib, Bukingemdə qəssab köməkçisi işləyib. 1944-cü ilin mayında könüllülər dəstəsinə yazılıb və “hər necə isə kömək etmək üçün” ön cəbhəyə yollanıb. 

Hokins Middlseks alayının tuşlayıcısı olub. Əməliyyatın başlamasına az qalmış desanta hazırlaşmaq əmri alıb: o, silahların və nəqliyyat vasitələrinin su keçirməməsini təmin etm...

lock icon

Yazını tam oxumaq üçün