Logo
news content
premium image
Kateqoriyalar

Araşdırma

Gürcüstanı silkələyə biləcək üç gün
Gürcülər nədən qorxurlar və bu qorxu bizim üçün də varmı?

Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsinin yaratdığı təlatüm kulminasiya nöqtəsinə çatır. Hadisələr inkişaf etdikcə görmək olur ki, çəkişmə bir layihə ətrafında yox, iki mühüm məsələ üzərindədir: hakimiyyət və pul. Bunlar isə bütün siyasətlərin əsasında dayanan mətləblərdir.

Gürcüstan hökuməti və parlamentində israrla bildirirlər ki, bütün daxili və xarici etirazlara baxmayaraq, layihə mayın 13-də sonuncu oxunuşa çıxarılacaq. Müxalifət və ölkənin qeyri-hökumət təşkilatları isə onları qabaqlamaq üçün mayın 11-ni “ümummilli itaətsizlik günü” elan ediblər. Həmin gün gürcü xalqı öz hökumətinə “dur” deməlidir.

Ölkənin Dövlət Təhlükəsizliyi Xidməti gözlənilən etiraz aksiyasına kəskin reaksiya verib. Onun press-relizində bu “provokasiya”nın “xaricdən maliyyələşdirildiyi” və “zor tətbiq edilməsini nəzərdə tutan destruktiv ssenarilərin” həyata keçirilməsi məqsədi güddüyü bəyan edilir. Hazırlanan mitinqlərə “Ukraynada döyüşən gürcü könüllülərin” də cəlb edildiyi deyilir. DTX Tbilisidə növbəti “rəngli inqilab”a cəhd göstəriləcəyi, inzibati binalara hücumlar olacağı, nəqliyyatın iflic ediləcəyi, vətəndaş qarşıdurması yaradılacağı qənaətindədir.

Axı rəsmən “Xarici təsirin şəffaflığı” adlanan bir qanun layihəsi nəmənədir ki, narazılıqların bu həddə çatmasına səbəb olub, barışmaz maraqları yerindən oynadıb? Məsələ o dərəcədəmi prinsipialdır ki, Gürcüstan hökuməti uzun illər “əlindən çörək yediyi” ABŞ-la, Avropa İttifaqı ilə, hətta BMT ilə münasibətlərini korlamaqdan belə çəkinmir...

lock icon

Yazını tam oxumaq üçün