Logo
news content
premium image
Kateqoriyalar

Analitika

“Zvartnots”dan çıxdılar – davamı olacaqmı?
Ekspert hesab edir ki, Rusiya hərbçilərinin Ermənistanı tam tərk etməsindən danışmaq tezdir

Rusiya sərhədçiləri iyulun 31-də İrəvandakı “Zvartnots” hava limanındakı keçid məntəqəsini rəsmən tərk ediblər. News.am-ın məlumatına görə, hava keçid məntəqəsində dövlət sərhədinin mühafizəsinin Ermənistan tərəfinə verilməsi haqqında protokolu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunlarının komandanı Edqar Unanyan və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəsinin rəisi, general-leytenant Roman Qolubitski imzalayıblar.

Sənəddə qeyd olunur ki, Ermənistan Rusiyaya “sərhəd nəzarətinin təmin edilməsində uzunmüddətli birgə xidmətə görə” təşəkkür edib və “qarşı tərəfə heç bir iddiasının olmadığını” bildirib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya sərhədçilərinin iyulun 31-də saat 14-dən etibarən “Zvartnots” hava limanında pasport nəzarətini dayandırdıqlarını elan edib. “Erməni sərhədçilərinə yaxşı və təhlükəsiz xidmət arzulayıram”, - o, “X” sosial şəbəkəsində yazıb.

Rusiya sərhədçiləri 1992-ci ildən “Zvartnots” hava limanının keçid məntəqəsində erməni sərhədçiləri ilə birgə işləyiblər.

Ermənistanın baş naziri Nikol Paşinyan martın ortalarında bildirmişdi ki, Ermənistan tərəfi avqustun 1-dən etibarən “Zvartnots” hava limanında Rusiya sərhədçiləri olmadan müstəqil şəkildə sərhəd nəzarətini həyata keçirmək qərarı qəbul edib və bu  barədə Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsinin rəisini məlumatlandırıb. May ayında Rusiya Federasiyası FTX-nin direktoru Aleksandr Bortnikov bildirmişdi ki, İrəvan Rusiya sərhədçilərinin ...

lock icon

Yazını tam oxumaq üçün