Logo
news content
premium image
Kateqoriyalar

Analitika

Yollar gözləyər?
Ermənistanla sülh müqaviləsi nəqliyyat-kommunikasiya məsələsi razılaşdırılmadan imzalana bilər

Azərbaycan və Ermənistan nəqliyyat xətləri, o cümlədən Naxçıvanı ölkənin əsas ərazisi ilə birləşdirən marşrutla bağlı maddənin sülh sazişi layihəsindən çıxarılması barədə razılığa gəliblər.

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi, səfir Elçin Əmirbəyov “Azadlıq” radiosuna müsahibəsində deyib ki, sülh sazişinin imzalanması prosesini sürətləndirmək üçün tərəflər arasında mübahisəli məsələlərdən biri olan nəqliyyat xətləri məsələsi layihənin mətnindən çıxarılıb”.

Əmirbəyov qeyd edib ki, Azərbaycan və Ermənistan sülh sazişi imzalandıqdan sonra Azərbaycan və Naxçıvan arasında nəqliyyat xəttinin təmin edilməsi məqsədilə məqbul düstur tapmaq üçün danışıqları davam etdirə bilərlər.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan da bildirib ki, regionda nəqliyyat xətlərinin açılması ilə bağlı maddə qarşılıqlı razılaşma əsasında sülh layihəsinin mətnindən çıxarılıb.

Eyni zamanda, Badalyan qeyd edib ki, nəqliyyat xətlərinin effektiv şərtlər daxilində açılması Ermənistanın sülh və iqtisadi inkişafı üçün gündəliyin mühüm hissəsi olmaqda davam edir.

Bölgədəki bütün nəqliyyat marşrutlarının, o cümlədən Azərbaycanın əsas ərazisini Ermənistandan keçməklə Naxçıvanla birləşdirəcək “Zəngəzur dəhlizi” adlanan marşrutun açılması iki ölkə arasında sülh danışıqlarında mübahisəli məsələlərdən biri idi.

Rəsmi Bakı bildirir ki, Ermənistan ərazisindən Naxçıvana gedən Azərbaycan vətəndaşları və onların yükü heç bir nəzarətə məruz qalmamalıdır. Rəsmi İrəvan isə bu marşrutla hərəkət zamanı ...

lock icon

Yazını tam oxumaq üçün