Logo
news content
User
Kateqoriyalar

Analitika

Xəbərdarlıq

Son günlər elektron ünvanlara Ümumdünya Səhiyyə Təşkilatının sədri adından kütləvi şəkildə məktub-müraciətlər göndərilir. Muraciətlərdə insanlardan COVİD-19-la Birgə Mübarizə Fonduna (The Covid-19 Solidarity Response Fund) maliyyə dəstəyi göstərmək xahiş olunur. Bildirilir ki, məktuba cavab verməklə ödəniş formalarından birini seçmək və dəstək kampaniyasına qoşulmaq olar.

Müraciət ÜST-nın rəsmi saytındakı məlumatlar əsasında tərtib olunub və buna görə inandırıcı görünür. Məktubun göndərildiyi elektron ünvanların ilk baxışdan dövlət orqanlarına bağlılıq təəssüratı yaradan sonluqları da (gov.co) adamları çaşdıra bilər. Amma araşdırma nəticəsində aydın olur ki, həmin ünvanlar Kolumbiyanın San Xose de Kukuta bələdiyyəsində hansısa internet televiziyası ilə, yaxud naməlum şəxslərlə bağlıdır.

Dünyanın müxtəlif yerlərində bəzi dələduzlar insanların çətin vəziyyətindən şəxsi məqsədləri üçün istifadə etməyə çalışırlar. Pandemiya ilə mübarizə ilə əlaqədar fərdi ünvanlara guya rəsmi müraciətlərə heç bir halda cavab verməyin. Bununla həm aldadılmağınızın qarşısını alar, həm də informasiya təhlükəsizliyinizi təmin etmiş olarsınız.

Press Klub