Logo
news content
User
Kateqoriyalar

Analitika

VANDALİZMİ DAYANDIRIN!

İşğal olunmuş, 27 il istifadə etdikləri torpaqlardan çıxan ermənilər kəndlərə od vururlar, meşələri qırırlar, mədəniyyət abidələrini soyur, muzeylərdən qədim eksponatları oğurlayıb aparırlar. Azərbaycanlılar bu əraziləri məcburən tərk edəndə belə əməllər törətməmişdilər. İndi barbar kimdir? Kimindir əslində bu Vətən? Evlər, məktəblər, ağaclar, keçmişin abidələri də bu müharibədə iştirak edir, ermənilərə güllə atırdılar?

Deyilənləri onlarla kütləvi informasiya vasitəsində, o cümlədən erməni mənbələrində yayılan materiallar sübuta yetirir. Təbiətin məhv edilməsinə, qonşu xalqa nifrət və düşmənçiliyin belə vəhşi formada ifadəsinə son qoyulmalıdır. Torpaqların azad edilməsi prosesi hələ 15 gün də çəkəcək! Beynəlxalq təşkilatların, prosesə nəzarət edən sülhməramlıların diqqətini məsələyə yönəltməklə, bu vandalizm dayandırılmalıdır! Azərbaycanın dövlət orqanları, ölkə ictimaiyyəti bunun üçün bütün səyləri göstərməli, bütün mümkün vasitələrdən istifadə etməlidirlər!

Press Klub