Sülh payızda gələcək?
Bakı və İrəvan “hazırıq” deyir
17 May 2024
Görünən budur ki, münbit şərait formalaşıb, tərəflərin razılığa gəlməsi üçün kommunikasiya da davam edir. Xarici işlər nazirləri və sərhədlər üzrə müvafiq komissiya mütəmadi görüşüb, vasitəçi olmadan detalları müzakirə edirlər.
Və sonuncu, daha vacib faktor – supergüclər sülhə təşviqi davam etdirirlər, hətta Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycan Prezidentinə mart ayında göndərdiyi məktubda sülh müqaviləsinin Bakıda keçiriləcək COP29 tədbirinə qədər, yaxud tədbir zamanı imzalanmasından şad olacaqlarını bildirmişdi.
İkitərəfli görüşlərin və 3 ildir davam edən danışıqların sona çatması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistan Azərbaycana qarşı ərazi iddialarına rəsmən son qoymalıdır.
Azərbaycan tərəfi sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prin...